суббота, 5 ноября 2011 г.

СРГЕОМ


Qohum fuksiyalar: 
Sintaksis:
    СРГЕОМ(число1;число2;...)
Nəticə:
  Müsbət ədədlər massivinin həndəsi orta qiymətini hesablayır.
Arqumentlər:
    число1, число2,...: həndəsi orta qiymətləri hesablanan 1-dən 255-ə qədər arqumentlər.
Qeydlər:
  •     arqumentlər ədədlər, adlar, ədədləri ehtiva edən massivlər və ya istinadlar ola bilər;
  •     əgər massiv və ya istinad olan arqumentlər mətnləri, məntiqi qiymətləri və ya boş oyuqları ehtiva edirlərsə, onda belə qiymətlər nəzərə alınmır, lakin sıfır qiymətli oyuqlar nəzərə alınır;
  •     əgər arqumentlərdən hər hansı biri mənfi və ya 0-dırsa, onda СРГАРМ funksiyası özünün yazıldığı oyuğa #ЧИСЛО! səhvinin qiymətini yerəşdirir.
    
Riyazi-statistik interpretasiya:
     Orta göstəricini hesablayan düsturlardan biri də həndəsi orta qiymət düsturudur:

 
           Bu cür orta qiymətdən o zaman istifadə edirlər ki, kəmiyyətlərin mütləq fərqlərini deyil, nisbi vəziyyətlərini əks etdirmək lazım olsun. Məsələn, həndəsi orta qiymətdən istehsalatda orta illik artım tempini hesablamaq üçün istifadə olunur.
    Orta artım tempi dinamika sırasının səviyyələrinin dəyişmə intensivliyinin ümumiləşdirici xarakteristikasıdır. Bu xarakteristika dinamika sırasının səviyyəsinin bir zaman vahidi ərzində orta hesabla neçə dəfə dəyişdiyini göstərir. Orta artım tempini hesablamaq zərurəti o zaman əmələ gəlir ki, artım templəri ildən - ilə rəqs etsin. Adətən orta artım tempi artımın zəncirvari əmsallarının orta həndəsi qiyməti düsturu ilə hesablanır: 



Misal
Məhsul istehsalının artım tempi üzrə aşağıdakı verilənlər məlumdur:

İllər
2004
2005
2006
2007
2008
Artım tempi
1,111
1,078
1,075
1,094

2004-2008-ci illər üzrə orta artım tempini müəyyən etməli.

Həlli
Orta artım tempini yuxarıda verilmiş düstur vasitəsilə hesablayaq:



     
və ya  (108,9%).
İndi də məsələni СРГЕОМ funksiyasının köməyi ilə həll edək.
1.    İlkin verilənlər cədvəlini tərtib edək:


A
B
C
D
E
F
1
İllər
2004
2005
2006
2007
2008
2
Artım tempi
1,111
1,078
1,075
1,094

2.    Nəticənin yazılacağı oyuğu seçək ($A$4)
3.    Düsturlar sətrindən Мастер функций əmrini yerinə yetirək.
4.    Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından СРГЕОМ funksiyasını seçək. Bu zaman СРГЕОМ funksiyasının dialoq pəncərəsi əmələ gələcək.
5.    Число1 sahəsinə daxil olaraq ilkin verilənlər diapazonunu (B2:F2) mausla seçək. OK düyməsini basdıqdan sonra $A$4 xanasında hesablamanın nəticəsi olan 1,089 qiyməti əmələ gələcəkdir (СРГЕОМ funksiyası B2 oxanasında yerləşən defis işarəsini nəzərə almadı).